• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

 Elman Paşayev həbs edildi - YENİLƏNİB

HADİSƏ

18 Sentyabr 2024 | 18:24

 Elman Paşayev həbs edildi - YENİLƏNİB

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada həbs edilib.

Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, bu gün Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.

    Məhkəmə Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib.

    Qeyd edək ki, E. Paşayev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloger Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyi bildirilib.

    ***

    14:06

    Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.

    Bakıvaxtı.az xəbər verir ki, bu gün onun barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxılacaq.

      Elman Paşayev həbs olunacağı təqdirdə, onun Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsi dondurulacaq.

      Qeyd edək ki, dünən Rusiya Hərbi İstintaq Komitəsi Paşayevin saxlanıldığı barədə məlumat yayıb. Bildirilib ki, Paşayev 46 milyon rubldan çox dələduzluqda şübhəli bilinir. /Apa


      SON XƏBƏRLƏR