• Bakı C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ - 16 il cəza...

HADİSƏ

18 Sentyabr 2024 | 22:50

Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ - 16 il cəza...

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi keçirilib.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə istintaqın yekunlaşdığı elan edilib.

Prokuror Babaxan Həsənəliyev çıxış edib. O bildirib ki, məhkəmə istintaqı zamanı Azər Şalıyevin hadisəni törətməsi təsdiqlənib.

Prokuror çıxışında məhkəmədən 16 il cəza tələb.

Daha sonra, Azər Şalıyevin vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi oktyabrın 2-nə təyin edilib. 

Qeyd edək ki, hər iki şəxs eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxs ölüm işi ilə məhkumluq həyatı yaşayırdı. Belə ki, təqsirləndirilən şəxs Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş şəxs Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın qalıb.


SON XƏBƏRLƏR