• Bakı C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

SON DƏQİQƏ: Hərbçimiz İNTİHAR ETDİ

HADİSƏ

18 Oktyabr 2024 | 19:17

SON DƏQİQƏ: Hərbçimiz İNTİHAR ETDİ

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - F.Əliyev qeyd edib .


SON XƏBƏRLƏR

23 Dekabr 2024