• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

 "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlandı

İDMAN

18 Sentyabr 2024 | 20:43

 Əl-Nəsr klubunun yeni baş məşqçisi açıqlandı

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu Stefano Pioli çalışdıracaq.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı italiyalı mütəxəssis bu postda ötən gün komandadan göndərilən Luiş Kaştrunu əvəzləyib.

O, son olaraq ölkəsinin "Milan" kollektivini çalışdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.


SON XƏBƏRLƏR