“İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının I turunda “Gəncə”yə qarşı matç öncəsi gözləntilərini açıqlayıb. Belaruslu çalışdırıcı azarkeşlərə də səslənib: “Mövsümə yaxşı hazırlaşmışıq. İlk oyunumuzun doğma arenada olması yaxşı haldır. Ümid edirəm ki, zalda basketbol sevənlər və bizim azarkeşlərimiz olacaqlar. “Gəncə”yə hörmətlə yanaşırıq. Asan oyun olacağını deyə bilmərəm. Bunu başa düşürük. Evdə oynadığımız üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq”.
Qeyd edək ki, “Lənkəran” - “Gəncə” matçı sabah saat 14:00-da start götürəcək. Görüş Lənkəran OİK-də keçiriləcək.
İdman.biz