• Bakı 23° C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Milyonçu deputatın şirkəti cəzalandırıldı

CƏMİYYƏT

18 Sentyabr 2024 | 22:09

Milyonçu deputatın şirkəti cəzalandırıldı

Mebel istehsalçısı "Embavud" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə məbləği məlum olub. 

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 dəfə cəzalandırılıb.

Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan "Embavud" MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3037.00 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "Embavud" mebel firmasının sahibi deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub və 1 sentyabr 2024-cü il seçkilərində də qalib gəlib.


SON XƏBƏRLƏR

07 Oktyabr 2024