• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tağı Əhmədov VƏFAT ETDİ

CƏMİYYƏT

18 Oktyabr 2024 | 21:07 | Müəllif: Subhan Mahmudov

Tağı Əhmədov VƏFAT ETDİ

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova “Qafqazinfo”ya bildirib.

Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026