• Bakı C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Kommunal xidmət göstərən qurumların "qaynar xətt"ləri barədə monitorinq aparılıb

CƏMİYYƏT

18 Oktyabr 2024 | 16:56

Kommunal xidmət göstərən qurumların qaynar xəttləri barədə monitorinq aparılıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Bu barədə Bakıvaxtı.az-a STM-dən məlumat verilib.

Bildirilib ki, monitorinqin nəticələrinə əsasən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin stasionar nömrələri üzrə zənglərin 42.9% cavab verilib, 57.1-nə cavab verilməyib. Zənglər üzrə günün birinci yarısında 8 saniyə, günün ikinci yarısında 5 saniyə orta müddət qeydə alınıb.

Qaynar xətt üzrə zənglərin mütləq əksəriyyətinə və ya 86.4%-nə cavab verilib,13.6%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 39 saniyə, günün ikinci yarısında 17 saniyə orta müddət qeydə alınıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus stasionar nömrələr üzrə zənglərin 42.9%-nə cavab verilib, 57.1%-nə cavab verilməyib. Zənglərə cavab vermə üzrə orta müddət günün birinci yarısında 9 saniyə, günün ikinci yarısında 10 saniyə təşkil edib.

Monitorinq müddətində qaynar xəttə edilən bütün zənglər cavalandırılıb. Günün birinci yarısında zənglərin cavablandırılmasında orta müddət 1 dəqiqə 34 saniyə, günün ikinci yarısında 1 dəqiqə 7 saniyə olub.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin stasionar nömrəsinə edilən zənglərin 20.0%-nə cavab verilib, 80.0%-nə cavab verilməyib. Zənglər üzrə günün birinci yarısında 30 saniyə, günün ikinci yarısında 2 dəqiqə 47 saniyə orta müddət qeydə alınıb.

Qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərin mütləq əksəriyyəti, yəni 90.0% cavablandırılıb, 10.0%-i cavablandırılmayıb. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 4 dəqiqə 52 saniyə, günün ikinci yarısında 9 dəqiqə 1 saniyə orta müddət qeydə alınıb.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 5 ali, 25 mərkəzi icra hakimiyyəti və 9 publik hüquqi şəxs olmaqla ümumilikdə 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib.
Monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri və qaynar xətləri üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb. Qeyd edək ki, sözügedən cari monitorinq nəticələri keçirilən rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətləri üzrə ümumi nəticələri əks etdirir, yəni monitorinqin əhatə dairəsinə daxil edilməyən digər dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutmur.

Monitorinq çərçivəsində 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib. Monitorinqin əhatə dairəsinə daxil edilən bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının həm stasionar nömrələri, həm də qaynar xətləri içərisində cavab verilmiş zənglər üzrə ən yüksək göstərici 95.5% və ondan yuxarı olub. Nəzərə çatdıraq ki, bu nəticələr yalnız monitorinqin əhatə dairəsinə daxil edilən 25 Mərkəzi icra hakimiyyəti orqanının kommunikasiya xətlərinə edilən zənglərin cavablandırılması ilə bağlı ümumi nəticələri əks etdirir və sözügedən göstəricilər monitorinq edilməyən digər Mərkəzi icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı cari vəziyyəti əks etdirmir.

Monitorinq çərçivəsində ümumilikdə 9 Publik hüquqi şəxsin kommunikasiya xətlərinə günün birinci və ikinci yarısında müxtəlif saatlarda zənglər edilib. Nəticələrə əsasən, monitorinq edilən 9 Publik hüquqi şəxsin stasionar və qaynar xətləri üzrə ümumilikdə zənglərin 59.6%-nə cavab verilib, 40.4%-nə cavab verilməyib. Monitorinq edilən bir sıra Publik hüquqi şəxslərin stasionar nömrələri içərisində cavab verilmiş zənglər üzrə ən yüksək göstərici 40.9% təşkil edib, bir sıra Publik hüquqi şəxslərin qaynar xətləri üzrə ən yüksək göstərici 95.5% və ondan daha yuxarı olub.

Monitorinq keçirilən rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən dövlət orqanlarını (qurumlarını) əhatə edir.
Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.
Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.


SON XƏBƏRLƏR

23 Dekabr 2024