• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan-Gürcüstan sərhədində rekord sayda yük maşını gözləyir

CƏMİYYƏT

23 Dekabr 2024 | 16:15

Azərbaycan-Gürcüstan sərhədində rekord sayda yük maşını gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.

Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 77, "Mazımqara" gömrük postunda 16, "Astara" gömrük postunda 73, "Biləsuvar" gömrük postunda 5 yük maşını var. "Xanoba" gömrük postunda hazırda gözləyən yük avtomobili yoxdur.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026