"Meymunçiçəyi virusu artıq bir neçə müddətdir ki, gündəmdə idi. Ötən günlərdə ölkəmizdə də bir nəfərdə aşkarlanıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, virusun əlamətlərinə halsızlıq, limfa vəzilərinin böyüməsi, mədə-bağırsaqda narahatlıq aiddir.
Həkim qeyd edib ki, əlamətlər aşkarlandıqdan 2-3 gün sonra üzdə, əldə, ayaqda səpkilər yaranır:
"Virus adətən səpkili insanın səpkisi ilə təmas etdikdə, səpkilər bizim hər hansı yaramızla təmas etdikdə yoluxula bilər".
Mİna Mikayılova