• Bakı C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı

DÜNYA

23 Dekabr 2024 | 22:23

Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı

Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debatlar formatında dediklərimi əsaslandırmağa hazıram.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bildirib.

“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Dağlıq Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm. Məncə, onların da gizlənməməsi düzgün olardı. Mənim yazdıqlarımı mübahisələndirən prezidentlərin reaksiyasını gözləyirəm”, - Paşinyan yazıb.

Qeyd edək ki, bu gün səhər Baş nazir Paşinyan sosial şəbəkə hesabında 1994-cü ildə imzalanan atəşkəsdən sonra bütün danışıqların keçmiş Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması istiqamətində getdiyini bildirmişdi. Onun bu statusuna Sərkisyan və Köçəryanın adamları cavab veriblər.


SON XƏBƏRLƏR

23 Dekabr 2024