• Bakı C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Slovakiyada hökuməti devirməyə çalışırlar - Baş nazir

DÜNYA

22 Yanvar 2025 | 19:58

Slovakiyada hökuməti devirməyə çalışırlar - Baş nazir

Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planlaşdıran "beynəlxalq ekspertlər" qrupunun fəaliyyət göstərdiyini bildirib.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar slovak lideri yanvarın 23-ə Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib.

"Təsdiq edə bilərəm ki, ölkədə Gürcüstan hadisələrində, o cümlədən Ukraynadakı "maydan"da (hərəkatında) aktiv iştirak etmiş "beynəlxalq ekspertlər" qrupu fəaliyyət göstərir", - deyə Fitso mətbuat konfransında vurğulayıb.

Onun sözlərinə görə, həmin qrup müxtəlif mənbələrdən maliyyələşir. Fitso qeyd edir ki, etiraz aksiyaları zamanı həmin fəallar hökumət binasına daxil olub onu zəbt etməyə çalışacaq.


SON XƏBƏRLƏR