• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Litva prezidenti: "Avropa müdafiə xərclərini artırmalıdır"

DÜNYA

21 Fevral 2025 | 17:42

Litva prezidenti: Avropa müdafiə xərclərini artırmalıdır

"Avropa müdafiəyə iki dəfə çox pul xərcləməlidir". 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu  Litva Prezidenti Gitanas Nauseda deyib.

 O, bildirib ki, bu gün NATO-nun büdcə xərcləri ədalətli şəkildə bölünmür. Ona görə də Avropa bu işdə iştirakını ən azı iki dəfə artırmalıdır.

Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində Litva müdafiəyə rekord məbləğdə 2,5 milyard avro ayırıb. Eyni zamanda, hökumət dövlət adından götürülə biləcək kredit limitini 800 milyon avro artırıb. Bu kreditlər nəticəsində müdafiə xərcləri bu il ÜDM-in 4%-nə çata bilər.

Prezident Nausedanın rəhbərlik etdiyi Litva Dövlət Müdafiə Şurası yanvarın ortalarında 2026-cı ildən 2030-cu ilə qədər olan dövrdə ÜDM-in 5%-6%-nin müdafiəyə ayrılması barədə qərar qəbul edib, lakin maliyyə mənbələrini dəqiqləşdirməyib. 

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

21 Fevral 2025