Korrupsiya ittihamı ilə həbs edilən Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu həbsxanaya göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, Əkrəm İmamoğlu ilə birlikdə barələrində həbs qərarı verilmiş 48 şübhəlinin də həbsxanaya göndərildiyi açıqlanıb.
Xatırladaq ki, bundan əvvəl onun Silivri həbsxanasında göndərildiyi bildirilmişdi.
***
11:34
Əkrəm İmamoğlu terrorla bağlı istintaq üzrə şərti olaraq sərbəst buraxılıb.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilməsi qüvvədə qalır.
Sadəcə, ikinci ittiham üzrə şərti sərbəst buraxılıb.
***
11:15
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs olunub.
Bakıvaxtı.az verir ki, məhkəmə bu barədə müvafiq qərar çıxarıb.