• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Roma Papasının vəsiyyəti AÇIQLANDI

DÜNYA

22 Aprel 2025 | 14:23

Roma Papasının vəsiyyəti AÇIQLANDI

Ötən gün vəfat edən Roma Papa I Fransiskin vəsiyyəti açıqlanıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, vəsiyyətində Papa ölümündən sonra harada dəfn olunmaq istədiyini ətraflı şəkildə qeyd edib.

Papa Fransisk hələ 29 iyun 2022-ci il tarixində yazdığı vəsiyyətində bildirib ki, bu dünyadakı həyatının qürubuna yaxınlaşdığını hiss edir.

Vatikan tərəfindən dərc edilən vəsiyyətnamədə I Fransisk "mən həyatımı, kahinlik və yepiskop xidmətimi həmişə Rəbbimizin Anası Müqəddəs Məryəmə həvalə etmişəm", - deyə qeyd edib.

“Ona görə də xahiş edirəm ki, mənim fani qalıqlarım Santa Maria Maciore papa bazilikasında dəfn edilsin”, - Roma Papası vəsiyyətində bildirib.

Beşinci əsrdə tikilən Santa Maria Maciore kilsəsi Romadakı dörd papa bazilikasından biridir və Müqəddəs Məryəmə həsr edilib.

Papa Fransisk 100-dən çox xarici səfərinin hər birindən sonra məhz burada dua edib.

Fransiskin vəsiyyətində deyilir: “Xahiş edirəm ki, mənim qəbrim yuxarıda adı çəkilən papa bazilikasındakı Paulina kapellası ilə Sforza ibadətgahı arasında hazırlansın”.

Papa vəsiyyətində qəbrin sadə, xüsusi bəzəksiz və üzərində adi yazı ilə olmasının vacibliyini vurğulayıb.

Digər papalardan fərqli olaraq, Fransisk papalığının qəbirüstü abidəsində yazılmasını xahiş etməyib, yalnız adının qeyd olunmasını istəyib.

O, vəsiyyətinin sonunda bildirib: "Rəbbim məni sevənlərə və bundan sonra da mənim üçün dua edəcək adamlara mükafat versin”.

Katolik Kilsəsinin rəhbəri bazar ertəsi, Pasxa bayramından cəmi bir gün sonra, Müqəddəs Pyotr meydanında 88 yaşında vəfat edib. Vatikan onun geridönməz ürək çatışmazlığına səbəb olan insultdan öldüyünü bildirib.

Papa Fransik şənbə günü – aprelin 26-da dəfn olunacaq.


SON XƏBƏRLƏR