• Bakı 21° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Antarktidada qorxunc fəallıq – Buz təbəqəsi sürətlə əriyir

DÜNYA

22 May 2025 | 09:33

Antarktidada qorxunc fəallıq – Buz təbəqəsi sürətlə əriyir

Qlobal istiləşmə qütb buzlaqlarının sürətlə əriməsinə səbəb olur və bu, dəniz səviyyəsinin bir metrə yaxın yüksəlməsi ilə nəticələnə bilər.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bu barədə beynəlxalq alimlər qrupunun "Communications Earth and Environment" jurnalında dərc olunmuş yeni araşdırmasında bildirilib.

Tədqiqatçılar müəyyən ediblər ki, hətta qlobal temperatur artımının 1.5°C səviyyəsində saxlanılması belə, Qrenlandiya və Antarktida buzlaqlarını xilas etməyə kifayət etmir. Hazırda Yer kürəsi sənaye dövrünə qədərki səviyyədən 1.2°C artıq istiləşib və bu da geri dönüşü olmayan buz itkisinə səbəb ola bilər.

Alimlər xəbərdarlıq edirlər ki, bu templə davam edərsə, sahil bölgələrində yaşayan yüzmilyonlarla insanın məcburi köçü qaçılmaz olacaq.

Hazırda 230 milyon insan dəniz səviyyəsindən bir metrdən aşağı yüksəklikdə yaşayır. Buzlaqlardakı cüzi dəyişiklik belə sahil xətlərini ciddi şəkildə dəyişdirə bilər. Bu isə iqtisadi və sosial fəsadlara səbəb ola bilər./Oxu.az


SON XƏBƏRLƏR