• Bakı 20° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

6 ballıq zəlzələdən sonra məktəblər bağlandı

DÜNYA

22 May 2025 | 12:22

6 ballıq zəlzələdən sonra məktəblər bağlandı

Bu gün səhər saatlarında baş verən zəlzələ Egey və Aralıq dənizindəki adalarla yanaşı, materikdəki Attika bölgəsini də əhatə edib.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Aralıq dənizindəki turistik Krit adasındakı Neapolis sahillərində 6,1 bal gücündə zəlzələ adadakı Heraklion və Lassithi bələdiyyələrində çox güclü hiss olunub.

Qeyd olunub ki, bəzi küçələrdə evlərin divarları çatlayıb.

Həmçinin bəzi məktəblərdə yaranan çatlara görə təhsilin dayandırıldığı, turizm magistrallarında bəzi dağ aşırımlarında sürüşmə baş verməsi səbəbindən keçidlərin nəqliyyatın hərəkəti üçün bağlandığı bildirilib.

Bunlardan başqa bəzi körpülərə, elektrik və su infrastrukturlarına ziyan dəyib.

Heraklion meri Aleksis Kalokairinos təcili yardım mərkəzinin yaradıldığını və vəziyyəti qiymətləndirmək üçün Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri, professor Eftimis Lekkas və yerli hakimiyyət orqanları ilə əlaqə saxladığını nəzərə çatdırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR