• Bakı 22° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

BMT Təhlükəsizlik Şurası İsrailin İrana hücumlarını dayandırmağa çağırıb

DÜNYA

21 Iyun 2025 | 10:20

BMT Təhlükəsizlik Şurası İsrailin İrana hücumlarını dayandırmağa çağırıb

Türkiyənin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi səfir Əhməd Yıldız İsrailin İrana hücumlarını pisləyib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, etdiyi çıxışında genişmiqyaslı regional münaqişənin nüvə və radioaktiv sızma, kütləvi miqrasiya dalğaları və qlobal ticarət yollarının pozulması kimi nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb. 

"İsrailin İranın qorunan nüvə obyektlərinə qəsdən hücumu görünməmiş bir hadisədir. Bu hücumlar beynəlxalq hüquqa, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nizamnaməsinə, IAEA-nın müvafiq qərarlarına ziddir. BMT bu hücumlara dərhal son qoymalıdır",- daimi nümayəndə əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR