• Bakı 23° C

    12.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında DƏYİŞİKLİK

İQTİSADİYYAT

21 Iyun 2025 | 11:23

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında DƏYİŞİKLİK

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.

Təklif edilən dəyişikliyə əsasən, bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına (həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla) şamil edilməyəcək. Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu qanunda göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınacaq və həmin səhmlər yerləşdirilmiş hesab ediləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR