• Bakı 26° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Ötən gün bank kartlarından oğurlanan pulların məbləği açıqlandı

HADİSƏ

21 Iyun 2025 | 11:36

Ötən gün bank kartlarından oğurlanan pulların məbləği açıqlandı

İyunun 20-də vətəndaşların bank kartlarından 8160, 800, 425, 397, 200, 185, 85, 73 manat və 920, 32 dollar məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır" - deyə məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026