• Bakı 28° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Bakıda silah-sursat aşkarlandı

HADİSƏ

21 Iyun 2025 | 11:38

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Nizami və Səbail rayonlarında 1 avtomat silahı, 1 tapança, 1 tüfəng, 2 qumbara, 1 patron darağı və 71 patron tapılaraq götürülüb.

Sabunçu rayonunda isə bir nəfər tapdığı 1 avtomat silahı, 1 qumbara və 55 patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

08 Iyul 2025