Naxçıvanda yük avtomobili yanıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralında baş verib.
Bitumla dolu TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub.