• Bakı 32° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu - YENİLƏNİB

HADİSƏ

21 Iyul 2025 | 00:10

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, binadan ümumilikdə 22 nəfər təxliyə olunub.

 

00:02

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Polis əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilir, binadan sakinlərin təxliyəsi təmin olunur. Hazırda yanğının qarşısının alınması və səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025