Ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.
Bakıvaxtı.az xvəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata, hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.
Məlumata görə, qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.