"Rusiyasız dünya futbolu daha kasıbdır".
Bakıvaxtı.az "Championship"ə istinadən xəbər verir ki, bunu Soçi futbol klubunun rəhbəri Boris Rotenberq deyib.
O, bildirib ki, Rusiya millisi yalnız yoldaşlıq oyunları keçirir.
"2025-ci ildə Rusiya futbolu beynəlxalq arenaya qayıdacaqmı? Danışıqlar aparmaq və arqumentləri təqdim etmək lazımdır. Rusiyasız dünya futbolu daha kasıbdır", - Rotenberq bildirib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ yoxdur. Kişilərdən ibarət yığma isə 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq imkanından məhrum edilib. Həmçinin rusiyalı futbolçular 2024-cü il Avropa çempionatında oynamayıb və ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştirak etməyə icazə verilməyib.
Gülşən Şərif