• Bakı 25° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti dəqiqləşdirilir

SİYASƏT

21 Iyun 2025 | 11:14

Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti dəqiqləşdirilir

Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bundan əlavə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyacaqlar.

Mövcud qanunvericiliyə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 Iyul 2025