• Bakı 28° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

“Onun qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür”

SİYASƏT

20 Iyul 2025 | 13:14

“Onun qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür”

“Yeri gəlmişkən, kiçik bir aydınlıq gətirmək istərdim. Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda verilən sualları cavablandırarkən deyib.

İlham Əliyev həmçinin Donald Trampa Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etdiyinə görə təşəkkür edib:

“Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.


SON XƏBƏRLƏR

19 Iyul 2025