• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək

SİYASƏT

18 Avqust 2025 | 20:26 | Müəllif: Gülşən Şərif

Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək

 ABŞ-dəki danışıqlardan sonra avqustun 19-da videokonfrans vasitəsilə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antoniu Koşta “X” sosial şəbəkəsində məlumat verib.

“Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırdım”, - deyən Koşta Aİ-nin Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatları üçün ABŞ ilə birlikdə çalışacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ və Ukrayna liderləri Donald Tramp ilə Volodimir Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsi ilə bağlı görüşü keçirilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026