• Bakı 30° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Rumıniya və Bolqarıstan KİV: İlham Əliyev Moskvadan təyyarə qəzasını etiraf etməyi tələb edir

SİYASƏT

21 Iyul 2025 | 09:19

Rumıniya və Bolqarıstan KİV: İlham Əliyev Moskvadan təyyarə qəzasını etiraf etməyi tələb edir

Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb.

Bakıvaxtı.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Rumıniya media orqanları o cümlədən, AGEPRES milli xəbər agentliyi, “Evenimentul Zilei” və “Mediafax”, həmçinin Bolqarıstanın BTA xəbər agentliyi, “24 chasa” və digər nəşrlər bildirirlər ki, dövlət başçısı Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini vurduğunu rəsmi şəkildə qəbul etməsini vacib hesab edir.

Rumıniya və Bolqarıstan mətbuatı bu hadisəni geniş şəkildə işıqlandırmaqla yanaşı, Prezident İlham Əliyevin çıxışını regionda təhlükəsizlik və beynəlxalq hüquq baxımından vacib çağırış kimi qiymətləndirir.


SON XƏBƏRLƏR

20 Iyul 2025