• Bakı 25° C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşıb

SİYASƏT

19 Avqust 2025 | 19:51

Ağ Ev Azərbaycanın ABŞ-dəki səfirinin müsahibəsini paylaşıb

Ağ Evin mətbuat katibi Kerolayn Livitt Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin ölkənin aparıcı media orqanlarından biri olan "The Washington Examiner" jurnalına verdiyi geniş müsahibəni "X" sosial şəbəkəsində paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün nəşr olunan müsahibə “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı "əsl sülhməramlı" adlandırıb” başlığı ilə yayımlanıb.

Səfir jurnalist Bredi Noksa verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmada həlledici rol oynadığını bildirib və onu “həqiqi sülh qurucusu” adlandırıb.

Diplomat 8 avqustda imzalanan tarixi sənəd barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq xarici işlər nazirləri tərəfindən ilkin təsdiqlənən sənəd gələcəkdə imzalanacaq müqavilənin əsasını qoyur.

Razılaşmaya əsasən, ABŞ nəzarətində yaradılacaq dəhliz həm Ermənistan və Azərbaycan üçün yeni inkişaf imkanları açacaq, həm də Azərbaycanla strateji tərəfdaşı Türkiyə arasında birbaşa ticarət əlaqələrinə yol açacaq.

X.İbrahim müsahibəsində Tramp administrasiyasının bölgəyə sülh və inkişaf gətirmək əzmində olduğunu xüsusi vurğulayıb: “Prezident Tramp həqiqi liderdir, sülh qurucusudur. Ona görə biz inandıq ki, yalnız bölgəmizdə deyil, bütün dünyada daha çox sülh və tərəqqi olacaq. Nəticəni də gördük”, – səfir qeyd edib.


SON XƏBƏRLƏR