• Bakı 22° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Rusiya əndişə içindədir: Kremlin yalanlarına inanmaq lazım deyil

SİYASƏT

18 Sentyabr 2025 | 14:54

Rusiya əndişə içindədir: Kremlin yalanlarına inanmaq lazım deyil

"Rusiya Polşanı hədəf seçmədiyini iddia edir və bildirir ki, guya Moskvaya qarşı yeni planlar hazırlanır. Əslində hər şey gün kimi ortadadır"

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, burada iki vacib məqamı qeyd etmək lazımdır:

"Belə hallar ilk deyil və dəfələrlə baş verib. Hər dəfə də Rusiya öz yaxasını kənara çəkirdi. Artıq Qərb ölkələri Rusiyanın bu hərəkətlərindən hiddətlənərək konkret addımlar atmağı düşünürlər. NATO-nun 5-ci maddəsinə görə, NATO üzvlərinə qarşı hər hansı silahlı hücum bütün üzv dövlətlərə qarşı edilmiş hesab edilir.

Əlbəttə ki, Rusiya NATO-nun 5-ci maddəsinin tətbiq olunmasını istəməz. Məhz əndişələndiyi üçün "bizim əlaqəmiz yoxdur" tipli açıqlamalar verir".

Üzeyir Cəfərov: Qərb ölkələri Rusiyanın hərəkətlərindən hiddətlənərək konkret addımlar atmağı düşünürlər

Müsahibimizin sözlərinə görə, Rusiyanın yalanları ortadadır:

"Bir paralel aparım. Azərbaycan təyyarəsinin Rusiya səmasında qəsdən vurulmasından bir ilə yaxın zaman keçir. Bütün sübutlar ortadadır. Ona rəğmən, Rusiya öz günahını boynuna almır. Polşada Rusiyanın dronları rəsmən qeydiyyata alındı. Gecə boyu bütün Polşa ayaq üstdə oldu, NATO texnikaları işə salındı. Dronlar Belarus ərazisindən buraxılmışdı. Belarus da Rusiyanın oyunlarında iştirak edir. Rusiyanın cinayətkar generalları öz əməllərini ört-basdır etmək üçün müəyyən bəhanələr gətirirlər. Ona görə Rusiyanın yalanlarına inanmaq lazım deyil".

Aydın Baxış


SON XƏBƏRLƏR