• Bakı 18° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək

SİYASƏT

18 Oktyabr 2025 | 12:08

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.

İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlət başçısı bildirib:

"Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq".


SON XƏBƏRLƏR

17 Oktyabr 2025