• Bakı 13° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Tramp Zelenskini QINADI:“Sülh planını oxumayıb”

DÜNYA

08 Dekabr 2025 | 07:39

Tramp Zelenskini QINADI:“Sülh planını oxumayıb”

Amerika prezidenti Donald Tramp  ukraynalı həmkarı  Vladimir Zelenskini üç həftə əvvəl Vaşinqton tərəfindən açıqlanan, Moskva və Kiyevlə ayrı-ayrılıqda danışıqlar mövzusu olan Ukrayna üzrə sülhə dair təklifi oxumadığına  görə tənqid edib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Vaşinqtonda keçirilən qala mərasimində jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib:

“Biz Rusiya prezidenti Vladimir Putinlə və Ukrayna lideri Zelenski danışdıq. Deməliyəm ki, prezident Zelenskinin Amerikanın Ukraynada nizamlanma təklifini hələ də oxumadığına görə bir az məyus oldum”.

Qeyd edək ki, üç həftə əvvəl Amerikanın sülh planının təqdimatından bəri mətni Kiyevin xeyrinə dəyişmək üçün Cenevrə və Floridada ukraynalılarla bir neçə raund danışıqlar aparılıb. Sənəd həmçinin çərşənbə axşamı Moskvaya səfəri zamanı ABŞ nümayəndəsi Stiv Vitkoff və ABŞ prezidentinin kürəkəni və qeyri-rəsmi vasitəçi Cared Kuşner tərəfindən Vladimir Putinə təqdim edilib.

Aydın Baxış


SON XƏBƏRLƏR

07 Dekabr 2025