• Bakı 19° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

İsrail Qum şəhərini vurdu - ÖLƏNLƏR VAR

DÜNYA

21 Iyun 2025 | 13:17

İsrail Qum şəhərini vurdu - ÖLƏNLƏR VAR

İsrail İranın Qum şəhərinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, İran mətbuatı zərbələr nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığını bildirib.

İsrail mətbuatı yazır ki, İranın Fordodakı ən böyük nüvə obyektlərindən biri Qum yaxınlığında yerləşir.

Bildirilir ki, partlayış səsləri İranın İsfahan şəhərində də eşidilib. Şəhərdə hava hücumundan müdafiə sistemi işə düşüb.

Bundan əvvəl İsarilin müdafiə naziri İsrail Katz bildirib ki, SEPAH Qüds Qüvvələrinin Fələstin Korpusunun rəhbəri Səid İzadi İsrailin Qum şəhərində mənzilə endirdiyi zərbə nəticəsində öldürülüb.

O, İzadinin 7 oktyabr hücumundan əvvəl HAMAS-ı maliyyələşdirmək və silahlandırmaqdan məsul olduğunu bildirib və əməliyyatı İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük nailiyyət adlandırıb.


SON XƏBƏRLƏR