• Bakı 19° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

SİYASƏT

21 Iyun 2025 | 14:18

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Alıyev bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi (Baş prokurorun böyük köməkçisi) işləyib. 

O, 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirdikdən sonra 2011-ci ildə Böyük Britaniyanın Kardiff Universitetində, 2013-cü ildə Niderland Krallığının Utrext Universitetində, 2021-ci ildə isə Beynəlxalq Antikorrupsiya Akademiyasında magistratura təhsili alıb. 

2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan S.Alıyev əvvəllər Şəki rayon prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru, Baş İdarənin böyük prokuroru, Təşkilati və informasiya təminatı idarəsinin rəisi (Baş prokurorun böyük köməkçisi) vəzifələrində işləyib. O, 2015-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-Korrupsiya Şəbəkəsində Azərbaycan Respublikası nümayəndə heyətinin üzvü kimi korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatların dəyərləndirilməsini nəzərdə tutan III, IV və V dəyərləndirmə mərhələlərində iştirak edərək ölkəmiz üzrə hesabatları tərtib olunması və qəbulunda iştirak edib.

Eyni zamanda, həmin təşkilatın Hüquq-Mühafizə Orqanları Şəbəkəsi (LEN), Hüquq-Mühafizə Orqanlarının Beynəlxalq Şəbəkəsində (GLEN), habelə Tacikistan Respublikasının ekspert dəyərləndirilməsində ekspert qismində ölkəmiz adından iştirak edib. 

Bundan əlavə, S.Alıyev 2020-ci ildən hazırkı vaxtadək Asiya və Sakit Okean regionu üzrə Anti-Korrupsiya Təşəbbüsü (ACI) çərçivəsində Azərbaycan Respublikası üzrə milli əlaqələndirici, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə Konvensiyası”nın İmplementasiya Təftiş Mexanizmi üzrə milli ekspertdir.

Həmçinin o, Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) IV dəyərləndirmə mərhələsi çərçivəsində, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə aparan Dövlətlər Qrupunda (GRECO) müxtəlif hesabatların hazırlanmasında iştirak edib.

Göstərilənlərlə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC), Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Avropa İttifaqı və Avropa Şurasının Şərq Tərəfdaşlığı layihəsi (PGG), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Sinqapur Dövlət Qulluğu Kolleci, Fransanın Milli İdarəetmə Akademiyası (ENA) və digər beynəlxalq tərəfdaşların çoxsaylı iclas, konfrans və seminarlarında ölkəmizi təmsil edib, Azərbaycanda məhkəmə-hüquq və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar və milli təcrübəyə dair təqdimatlar və çıxışlar edib.


SON XƏBƏRLƏR