İran rəsmisi Cənubi Qafqazdakı əlaqələr, nəqliyyat marşrutları, keçidlər və keçid məntəqələri ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.
Bakıvaxtı.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai iyulun 21-də keçirdiyi mətbuat konfransında bildirib.
“Bölgə ölkələri arasında mübadilələrin, əlaqələrin genişləndirilməsini dəstəkləyib və eyni zamanda vurğulamışıq ki, bu tədbirlərin və keçid məntəqələrinin yaradılması suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədləri pozmamalı, bölgənin geosiyasətində dəyişikliklər etməməlidir”, - İ. Baqai qeyd edib.
Onun sözlərinə görə, bəzi hallarda Qafqaz bölgəsindəki digər ölkələrin bəyanatları və mövqeləri yanlış şərh edilə bilər: “Bu məsələdə mövqeyimiz aydındır və biz bunu dəfələrlə ifadə etmişik”.