• Bakı 25° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Ermənistan Qərbi Zəngəzurda dəmir yolu tikməyə hazırdır - bu təqdirdə...

SİYASƏT

21 Iyul 2025 | 13:30

Ermənistan Qərbi Zəngəzurda dəmir yolu tikməyə hazırdır - bu təqdirdə...

Ermənistan Azərbaycanla razılaşma əldə edildiyi təqdirdə Sünik vilayətində (Qərbi Zəngəzur) 42 km uzunluğunda dəmir yolunun tikintisinə başlamağa hazırdır.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

"Azərbaycanla razılaşma olmadan bu dəmir yolu hətta Ermənistanda daxili yük daşımaları üçün də istifadə edilə bilməz. Buna görə də Azərbaycanla razılaşmalar əldə edilən kimi sözügedən dəmir yolunun tikintisinə başlanılacaq. Artıq aparılan hazırlıq işlərinə Nrnadzor kəndi üçün yeni yolun tikintisi daxildir. Hazırda bu kəndlə avtomobil əlaqəsi keçmiş dəmir yolu xətti ilə həyata keçirilir", - o əlavə edib.

Mətbuat katibinin sözlərinə görə, Ermənistan qonşuları ilə bütün nəqliyyat yollarının açılmasında maraqlıdır.


SON XƏBƏRLƏR