• Bakı 23° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

BAU ilə DGYTB arasında əməkdaşlıq memorandumu imzalanıb

CƏMİYYƏT

21 Iyun 2025 | 12:31

BAU ilə DGYTB arasında əməkdaşlıq memorandumu imzalanıb

Dünya Gənc Türk Yazarlar Birliyi (DGYTB) ilə Bakı Avrasiya Universiteti (BAU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, memorandumu  BAU-nun rektoru, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov və DGYTB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıblar.

Görüşdə universitetin elmi işlər üzrə prorektoru dosent Gülzar İbrahimova və Azərbaycan, Dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç  və DGYTB-nin başqan müavini, şair Ayşən Rəhim edib. Tərəflər birgə təşkil olunacaq konfranslar, seminarlar, nəşrlər və digər mədəni layihələr haqqında ətraflı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı imzalanmış sənədin gələcəkdə həyata keçiriləcək ortaq layihələr və ədəbi-elmi yönümlü əməkdaşlıqların əsasını qoyduğu vurğulanıb.

Əməkdaşlıq memorandumu iki qurum arasında ədəbi və elmi istiqamətdə daha sıx əlaqələrin qurulmasına, gənc yazarların dəstəklənməsinə və ortaq türkcədə ədəbi nümunələrin təşviqinə xidmət edəcək.


SON XƏBƏRLƏR