• Bakı 19° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Sabit tarif bu vətəndaşlarımız üçün əlavə heç bir maliyyə yükü yaratmır

SİYASƏT

21 Iyun 2025 | 13:22

Sabit tarif bu vətəndaşlarımız üçün əlavə heç bir maliyyə yükü yaratmır

Sabit tarif mənzil sahibi olan və onu istifadə edən vətəndaşlarımız üçün əlavə heç bir maliyyə yükü yaratmır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2006-cı ildən başlayaraq  3 milyon 627 min mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb ki, bura mənzillər, fərdi yaşayış və bağ evi və digər əmlak növləri daxildir. 

Nəzərə çatdırıb ki, rəsmi statistikaya əsasən, qeydiyyata alınan mənzil və fərdi yaşayış evlərinin böyük əksəriyyəti bir mülkiyyətçi üzrədir və istifadə olunur. Bu strukturda 1 və daha çox əmlaka malik olan mülkiyyətçilərin sayı yüksək deyil. 

Bildirib ki, say etibarı ilə mülkiyyətçilərin böyük əksəriyyətinin cəmi bir mənzil və ya fərdi yaşayış evi var və sabit tarifin tətbiqi onların böyük əksəriyyətinin ödənişində heç bir dəyişiklik yaratmayacaq. 

"Bu qanunun iqtisadi, sosial və fiskal tərəfləri də var. İqtisadi baxımdan, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, sərmayələrin əmlak bazarında passiv saxlanması arzuolunan deyil. Buna görə də, ABŞ daxil olmaq əksər inkişaf etmiş dövlətlərdə isitifadə edilməyən əmlaka görə sabit tariflər tətbiq olunur. Çünki, sərmayənin əmlak bazarına deyil, real sektora yönəlməsi iqtisadi inkişafı stimullaşdırılır. Bu eyni zamanda, əmlak bazarındankı qeyri-struktur tələbin qarşısını alır. Belə ki, eyni şəxsin bir neçə mənzilə sahib olması və onları xərcsiz və istifadəsiz saxlaması həm də əmlak bazarında tələb yaradır və bu da qiymət artımlarına səbəb olur. Bu baxımdan, sabit tariflərin əsas iqtisadi hədəflərindən biri sərmayənin passiv saxlanması deyil, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa stimul verməsinə hesablanan hərəkətinə nail olmaq, digəri isə bu sektorda qiymət tarazlığını qorumaqdır".

Bu layihənin fiskal tərəfindən danışan deputat qeyd edib ki,  kommunal xidmətlərin təchiz edən qurumlar yaşayış binalarınadək ümumi şəbəkəni qururlar və bu da büdcədən bu istiqamətə ayırma olmaqla müəyyən fiks xərc deməkdir. Amma əgər həmin binada mənzillərin müəyyən hissəsi alınıb istifadə olunmursa o şəbəkə rentabelli olmur və gəlir deyil, amortizasiya, saxlanma daxil olmaqla əlavə xərc yaradır. Bu isə dövlət büdcəsi üçün əlavə fiskal yük deməkdir.

"Layihənin sosial tərəfi ondadır ki, bir və daha çox mənzil olan və onlardan istifadə etməyənlərin ödədiyi sabit tarif dövlət büdcəsinin enerji sektoruna subsidiyaların həcmini azalda bilər. Bu isə o deməkdir ki, büdcə vəsaitlərinə bu istiqamət üzrə qənaət edilməsi, həmin vəsaitlərin başqa proqramlarına, o cümlədən sosial sferaya yönəldilməsinə imkan verə bilər. Bu isə sosial təminat baxımından arzuolunandır".

Mina Mikayılova


SON XƏBƏRLƏR