• Bakı 23° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır

SİYASƏT

21 Iyun 2025 | 12:30

Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır

Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır və bu, son yaş həddi kimi müəyyənləşdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.

Təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaş olacaq.

Həmçinin prokurorluq işçisi prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda prokurorluq işçisinin qulluq keçməsinə xitam veriləcək.

Bundan əlavə, mövcud qanunvericiliyə əsasən, məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilən şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər və bu halda onlarla müsahibə aparılır. 

Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar attestasiyadan keçdikdən sonra verilir.

Təklif edilən dəyişikliyə əsasən, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra veriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR