• Bakı 31° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Bərdədə keçmiş məhkumdan 7 kiloqram narkotik götürülüb

HADİSƏ

21 Iyun 2025 | 12:02

Bərdədə keçmiş məhkumdan 7 kiloqram narkotik götürülüb

 Bərdə rayonunda keçmiş məhkumdan 7 kiloqram narkotik vasitə götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.

Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidə 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

08 Iyul 2025