• Bakı 20° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

ABŞ-nin Azərbaycandakı səfirinin müavini İranla sərhədə gedib

SİYASƏT

21 Iyun 2025 | 13:28

ABŞ-nin Azərbaycandakı səfirinin müavini İranla sərhədə gedib

ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“ABŞ səfirliyi ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir. Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR