• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Banqkokda zəlzələdən ölənlərin sayı 50 nəfəri ÖTDÜ

DÜNYA

22 Aprel 2025 | 14:47

Banqkokda zəlzələdən ölənlərin sayı 50 nəfəri ÖTDÜ

Banqkokda zəlzələ zamanı Baş Auditor İdarəsinin tikintisi davam edən binasının çökməsi nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tailand paytaxtının administrasiyası məlumat yayıb.

Xilasetmə xidmətləri axtarış əməliyyatını davam etdirir, çünki itkin düşmüş hesab edilən 43 nəfərin 30 mərtəbəli binanın dağıntıları altında qaldığı ehtimal edilir.

Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 təşkil edib. Zəlzələ qurbanlarının sayı 2,7 min nəfəri ötüb.

Zəlzələdən Tailand da zərər çəkib. Banqkok hakimiyyəti şəhərdə vəziyyətin normallaşması ilə əlaqədar çərşənbə axşamı fövqəladə vəziyyət rejimini ləğv edib.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025