• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ermənistan parlamentində dava düşdü - VİDEO

DÜNYA

22 Aprel 2025 | 14:11

Ermənistan parlamentində dava düşdü - VİDEO

Ermənistan parlamentində hakim və müxalif partiyanın deputatları arasında dava düşüb.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə parlamentin bugünkü iclası zamanı qeydə alınıb.

Belə ki, parlamentin spikeri Alen Simonyan müxalif “Hayastan” fraksiyasında daxili çəkişmənin olduğunu və fraksiyanın digər üzvlərinin Daşnaksütyun mövqeyinə “əsir düşdüyünü” deyib.

Bunun ardınca deputatlar arasında gərginlik yaranıb və dava düşüb. 

Nəticədə A.Simonyan təhlükəsizlik qüvvələrini iclas zalına çağırmalı olub və daha sonra 20 dəqiqəlik fasilə elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026