• Bakı 16° C

    9.81 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Jirinovskinin pasportu hərraca çıxarıldı

DÜNYA

22 Aprel 2025 | 15:50

Jirinovskinin pasportu hərraca çıxarıldı

Sankt-Peterburqun Şimal Hərrac Evi Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin 1992-1997-ci illərdə etibarlı olan xarici pasportunu hərraca çıxarıb. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, pasportda sərhəd xidməti möhürləri, Jirinovskinin şəxsi vizaları və avtoqrafı var.

Hərracın başlanğıc qiyməti 100 min rubl müəyyən edilib.

Qeyd edək ki, mart ayında Rusiya Liberal Demokrat Partiyası (LDPR) "Jirinovsky" və "Jhirinovsky Forever" ticarət nişanlarının qeydiyyata alınması üçün "Rospatent"ə müraciət  edib. Partiya bu brendlərdən alkoqol və tütün məmulatlarının istehsalı, geyim, ayaqqabı və suvenirlər, pərakəndə satış, reklam və elektron ticarət də daxil olmaqla geniş sahələrdə istifadə etmək hüququnu iddia edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 May 2025