Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Ər-Riyadda Rusiya Federasiyası ilə ABŞ arasında aparılan danışıqların nəticələrini müzakirə edə bilərlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ər-Riyaddakı danışıqlardan sonra Putinlə Si Cinpin arasında söhbətin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala Peskov “gözləməyə dəyər” deyə cavab verib.
Bundan əvvəl Putin Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların nəticələri barədə BRİKS ölkələrindən olan həmkarlarını tezliklə məlumatlandıracağını bildirmişdi.