• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Çin 3 Filippin təyyarəsini Spratli adalarından çıxarıb

DÜNYA

21 Fevral 2025 | 17:27

Çin 3 Filippin təyyarəsini Spratli adalarından çıxarıb

Çin və Filippinlər arasında Cənubi Çin dənizində gərginlik artıb

Bakıvaxtı.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhə Komandanlığı Filippinlərə məxsus 1 ədəd "C-208" və 2 ədəd "N-22" tipli təyyarənin Çinlilərin "Nanşa Adaları" adlandırdığı bölgənin hava məkanına qeyri-qanuni daxil olduğunu açıqlayıb.

Komandanlığın məlumatına görə, sahil mühafizə qüvvələri vəziyyəti diqqətlə izləyib və hava vasitələrini xəbərdarlıq edərək bölgədən uzaqlaşdırıb.

Bundan əlavə, komandanlıq 18 fevralda Scarborough Sığı yaxınlığında Çin ordusuna məxsus helikopterin Filippinlərin patrul təyyarəsinin yaxınında uçması ilə bağlı da açıqlama yayıb. Bildirilib ki, Filippinlərə məxsus "C-208" tipli təyyarə davamlı olaraq hündürlük dəyişdirərək təhlükəli manevrlər edib və Çin gəmisindən edilən xəbərdarlıqlara məhəl qoymayıb.

Hadisə zamanı Çin helikopterinin Filippin patrul təyyarəsinin yaxınında uçuşuna beynəlxalq media nümayəndələri də şahidlik edib. ABŞ Dövlət Departamenti Çin helikopterinin manevrlərini təhlükəli adlandıraraq rəsmi Pekini qınayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR