• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Canlı yayımda körpü uçdu: Ölənlər və itkin düşənlər var - ANBAAN VİDEO

DÜNYA

23 Dekabr 2024 | 18:24 | Müəllif: Subhan Mahmudov

Canlı yayımda körpü uçdu: Ölənlər və itkin düşənlər var - ANBAAN VİDEO

Braziliyada Tokantins və Maranyan ştatlarını birləşdirən yolda avtomobil körpüsü çöküb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir kİ, hadisə zamanı bir neçə nəqliyyat vasitəsi, o cümlədən təhlükəli kimyəvi maddə daşıyan yük maşınları çaya düşüb.

Körpü çökməsi təxminən 60 il əvvəl tikilmiş qurğunun vəziyyəti haqqında reportaj hazırlayan yerli bloqerin çəkilişi zamanı baş verib. Videoda əvvəlcə körpünün kiçik bir hissəsinin çökdüyü, daha sonra isə bütün aşırımın uçduğu görünür.

Hadisə nəticəsində üç yük maşını, üç motosiklet və bir neçə minik avtomobili çaya düşüb. Hazırda iki nəfərin ölümü təsdiqlənib, iki uşaq daxil olmaqla ən azı səkkiz nəfər itkin düşmüş hesab olunur./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026