BMT-nin Baş katibi Antonio Quterriş İran və onun nüvə proqramı ilə bağlı vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
"Ümid edirəm ki, İran nüvə silahına sahib olmaq istəmədiyini aydın şəkildə göstərməli olduğunu başa düşür", - Baş katib vurğulayıb.
Quterrişin fikrincə, bunun müqabilində Tehran dünya ölkələri ilə daha fəal ticarət etmək imkanı əldə etməlidir.
"Lakin vəziyyətin bu cür deyil, əksinə, eskalasiya, bütün regionu əhatə edə biləcək münaqişə istiqamətində inkişaf etməsi ehtimalı var", - o xəbərdarlıq edib.
Bu bəyanatlar ABŞ-nin yeni administrasiyasının İrana qarşı sərt mövqe tutmağı və fəal şəkildə sanksiyalar tətbiq etməyi planlaşdırması barədə KİV-in yaydığı məlumatlar fonunda səsləndirilib.