Slovakiyanın baş naziri Robert Fitso ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri və iş adamı İlon Maskla ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanmasını müzakirə etdiyini bildirib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu konservatorların forumunda iştirak etmək üçün gəldiyi ABŞ-də lentə alınan videomüraciətində bildirib.
Baş nazirin sözlərinə görə, ABŞ onun pulu ilə başqa ölkələrin işlərinə müdaxilə edilməsində maraqlı deyil.
“Biz bağlanmış USAID-dən danışdıq. Bu, Slovakiyadakı qeyri-hökumət təşkilatlarına və mediaya kifayət qədər böyük maliyyə vəsaiti ayıran ABŞ agentliyidir. Hökumət əyehinə olan həmin KİV və müxtəlif təşkilatlar ovəsaitdən hökumətə qarşı fəaliyyətlər həyata keçirmək üçün istifadə edirdi. Cənab Mask bizi əmin etdi ki, bu dövr başa çatıb, çünki ABŞ-nin yeni prezidentinin administrasiyası ölkənin pulları vasitəsilə başqa ölkələrin daxili işlərinə müdaxilə edilməsində maraqlı deyil”, - Fitso deyib.